Rusiyanın iflası an məsələsidir – Leyenbackend

Rusiyanın iflası an məsələsidir – Leyen

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvaya qarşı cəza tədbirləri artıq işə düşməyə başlayır.

“NOCOMMENT” Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Sanksiyalar Rusiya iqtisadiyyatına hər həftə daha da dərin zərbə vurur. Rusiyaya ixrac 70 faiz azalıb. Rusiyanın 700 təyyarəsi ehtiyat hissələri və proqram təminatının yenilənməməsi səbəbindən lisenziyasını itirib. Yüzlərlə iri şirkət və minlərlə peşəkar ölkəni tərk edir. Hazırkı proqnozlara görə, Rusiyanın ümumi daxili məhsulu 11 faiz azalacaq. Rusiyanın milli iflası an məsələsidir. Putin bu müharibə ilə həm də ölkəsini və xalqının gələcəyini məhv edir”, – Leyen bildirib.