Hüquq-mühafizə orqanları Rusiyanın iki regionunda terror aktları törədən 4 yeniyetməni saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Müstəntiqlərin fikrincə, yeniyetmələr Orenburq vilayətində və Udmurt Respublikasında tez alışan materiallardan istifadə edərək dəmiryol avadanlıqlarını yandırıblar. Onlardan üçü cinayəti bu ilin may ayında, sonuncusu isə 17 yaşlı İjevsk sakini iyun ayında törədib.
Bunun üçün dördü də Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələrindən mükafat alıb. İndi onlardan üçü artıq bir qrup şəxs tərəfindən törədilmiş terror aktı maddəsi ilə ittiham olunub.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Saratov vilayətində dəmiryol körpüsündə törədilən terror aktının qarşısını alıb. Partlayışı hazırlayan şəxs məhv edilib.