Rusiyanın İl-76 təyyarələri Ermənistana hava hücumundan müdafiə sistemləri gətirdilərbackend

Rusiyanın İl-76 təyyarələri Ermənistana hava hücumundan müdafiə sistemləri gətirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın silah arsenalında onlarla yeni hava hücumundan müdafiə sistemləri üzə çıxıb.

NOCOMMENT xəbər verir ki, Ermənistan ordusu hava hücumundan müdafiə vasitələrində çox ciddi itkilərə məruz qaldıqdan sonra, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlledici amilinə çevrilə bilən bir neçə yeni hava hücumundan müdafiə sistemini Ermənistan Silahlı Qüvvələrinin silahlanmasına yönəldib. Belə ki, Rusiyaya məxsus bir neçə hərbi nəqliyyat təyyarəsi qonşu ölkənin hava məkanından Ermənistan ərazisinə gəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Rusiyanın Gürcüstanın hava məkanından istifadə etməklə İrəvanı silahlandırması artıq hamıya məlumdur – Moskvada yaşayan varlı ermənilər silah dolu təyyarələri Ermənistana göndərirlər. Eyni zamanda, Avropadan erməni əsilli muzdlular da sərnişin təyyarələri ilə regiona daşınırlar.

Hələlik Rusiya tərəfi Azərbaycan Prezidentinin bəyanatına münasibət bildirməyib, lakin bir neçə gün əvvəl Ermənistana silah tədarük etmədiyini bildirmişdi, baxmayaraq ki, belə bir ehtimal KTMT çərçivəsində mövcuddur.

Hərbi ekspertlər hesab edirlər ki, əgər tank əleyhinə raket sistemləri və portativ İqla zenit raket sistemləri həqiqətən Ermənistana gətirilibsə, bu, Bakı üçün çox böyük problemə çevrilə bilər.