Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıbbackend

Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird xəsarət alıb.

Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir.

Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Məlumata görə, insidenti törədənin saxlanıldığı bildirilir.