Rusiyanın müharibə planı SIZDIRILDIbackend

Rusiyanın müharibə planı SIZDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbas böhranı dünyanın gündəmində öz yerini saxlayır. ABŞ və NATO-nun çağırışlarına məhəl qoymayan Rusiya hərbi gücünü sərhəddə daha da artırır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Britaniya mediası Rusiyanın müharibə planını mətbuat səhifələrində yayımlayıb.

“Daily Mail”in hərbi mənbələrə əsaslanan xəbərlərinə görə, Rusiyanın mümkün qarşıdurmada ilk hədəfi Ukraynanın su təchizatı müəssisələri olacaq. Digər Britaniya qəzeti “Mirror” Rusiyadakı böhranın başqa bir bazası olan Krımda 150 min əsgərin yerləşdirildiyini oxucuları ilə paylaşıb.

Mətbuat Rusiyanın dörd hərbi gəmisinin Qara dənizdəki digər gəmilərə qoşulduğunu xatırladaraq, bu addımı “hücuma hazırıq” kimi qiymətləndirib.

Xatırladaq ki, 2008-ci ildə Rusiya bu gəmilərdən Gürcüstandakı müharibə zamanı bölgəyə xüsusi təyinatlıları göndərmək üçün istifadə etmişdi.