İyunun 23-25-də NATO sammitinə ev sahibliyi edəcək baş katib Mark Rutte və Niderlandın Baş naziri Dik Şof birgə mətbuat konfransı keçirib.
NOCOMMENT.az xəbər verir ki, Rutte sammitin əsas prioritetinin müdafiə xərcləri və istehsalın artırılması olacağını vurğulayıb.
“Müdafiə xərclərimizi 2 faizdə saxlasaq, özümüzü müdafiə edə bilərik. Əgər Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. O, üç və ya beş il sonra hücum edə bilər. Bəziləri 7 ildən sonra deyirlər. Ancaq müdafiəyə daha çox pul xərcləməsək, əsl bəla ilə üzləşəcəyik”, – Rutte söyləyib.
O xəbərdarlıq edib ki, bu təhlükə sadəcə Estoniya və Polşa kimi Rusiya ilə sərhəd ölkələrlə məhdudlaşmır:
“Rusiyanın ən son raket texnologiyası ilə bu, artıq belə deyil. Polşaya hücumla Rotterdama hücum arasında fərq beş dəqiqədir. Yəni biz hamımız artıq NATO-nun şərq cinahındayıq”.\\Publika.az