Rusiyanın növbəti prezidenti kim olacaq? – Jirinovski namizədləri açıqladıbackend

Rusiyanın növbəti prezidenti kim olacaq? – Jirinovski namizədləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski 2024-cü ildə Rusiya Federasiyası prezidentliyinə mümkün namizədlərin adlarını açıqlayıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Rossiya 1 telekanalının efirində çıxış edən partiya sədrinin fikrincə, bu vəzifəyə namizədlər Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ola bilər.

Jirinovski özü də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.