Rusiyanın Polşanı “ləğv etmək” vaxtıdır: Biz Polşanı öz tariximizdən yox, həyatımızdan siləcəyik – ƏTRAFLIbackend

Rusiyanın Polşanı “ləğv etmək” vaxtıdır: Biz Polşanı öz tariximizdən yox, həyatımızdan siləcəyik – ƏTRAFLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan qətiyyən razı deyil. Buna görə də, Rusiya pasportu olan hər kəs üçün “dəmir pərdə” planı tətbiq etməyə hazırlaşır. Bir sözlə Varşava Rusiyanı “ləğv etməyə” çalışır. Bu isə o deməkdir ki, Rusiya öz xarici siyasətinə yenidən baxmalı və ilk növbədə Polşanı ləğv etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın yerli media orqanlarında məqalə dərc edilib. Məqalə müəllifləri bildirirlər ki, indi Rusiyanı məhv etməkdə polyaklar digər ölkələri, hətta ABŞ-ı da  qabaqlayır. Onlar yalnız ukraynalılardan geri qalır.

“Mənim üçün Rusiyaya qarşı sanksiyalarda qırmızı xətt yoxdur. Biz ardıcıl olmalıyıq. Oliqarxların aktivlərinin sərt şəkildə müsadirə edilməsi prioritet təşkil etməlidir. Rusiya vətəndaşları üçün artıq viza yoxdur. “Vahid Rusiya” partiyasının üzvlərinin bütün aktivlərini dondurmaq lazımdır” – Polşanın baş naziri Mateuş Moravetski bəyan edib.

Bu, mahiyyət etibarı ilə Rusiyaya qarşı “dəmir pərdə” və ən əsası etnik zəmində təşkil edilmiş soyğunçuluq deməkdir.

Bir gün sonra həmin Moravetski “iqtisadiyyatın ruslaşdırmadan çıxarılması” üçün xüsusi hökumət proqramının işə salındığını elan etdi. Ehtimal olunur ki, bu, təkcə Polşa ilə kifayətlənməyəcək, eyni zamanda  Varşava bütün Avropa İttifaqı səviyyəsində öz proqramını tətbiq etməyə çalışacaq.

Bunun təhdid olduğu anlaşılmasın deyə, Polşa hakimiyyəti Rusiya qazından indi deyil, ilin sonunda imtina edəcəyini açıqlayıb. Yəni “Qazprom”la müqavilənin müddəti bitəndən sonra yenisi imzalanmayacaq. İndi Rusiya polyakların mavi yanacağa olan ehtiyacının 50 faizini təmin edir.

Bir vaxtlar Ukraynalılara qarşı etnik ayrı-seçkiliyə yol verən rəsmi Varşava indi ənənəvi prosedurlara məhəl qoymadan Kiyevin dərhal Aİ-yə daxil olmasının əsas (Litva ilə birlikdə) lobbiçisi kimi çıxış edir. Rusiya DXR və LNR-in müstəqilliyini tanıdıqdan dərhal sonra Polşa və Litva prezidentləri Vladimir Zelenski ilə Ukraynanın Avropaya sürətləndirilmiş inteqrasiyasını dəstəkləyən birgə bəyanat imzaladılar.

Bununla belə, Kremldə Polşanın rus dilində yazılmış bütün kitabların yandırılmasını və Rusiya bayrağı əks olunan döş nişanlarına görə həbslərin olmasını gözləməməlidirlər. İndi Polşanın özünü ləğv etmək daha yaxşı olar.

Əlbəttə ki, söhbət II Yekaterina və ya İosif Stalinin dövründə olan parçalanmalardan getmir. Ağlı başında olan heç kim Rusiya və NATO ölkəsi arasında müharibənin olmasını istəməz. Lakin Polşaya hər hansı sərmayə qoyuluşunun qadağan edilməsi, istənilən idxalın tam bloklanması, əksər tranzaksiyaların qadağan olunması və polyakların Rusiyadan ala biləcəkləri əmtəə mallarının kəskin azaldılması ilə bağlı sual qaldırılmalıdır. O cümlədən, dövlətlər arasında hələ də qüvvədə olan müqavilələrin siyahısına yenidən nəzər salınmalı və onlar  minimuma endirilməlidir. Polyaklar başa düşməlidirlər ki, siyasətçilərinin qeyri-adekvat rusofobiyası bir xalq kimi onların rifahına ciddi ziyan vurur.

Amma Latviya və Estoniyanı eyni şəkildə “ləğv etmək” olmaz. Ən azı indilik bunu etmək doğru deyil. Çünki bu ölkələrdə əhəmiyyətli rus diasporları mövcuddur.

Məqalə müəllifləri hesab edirlər ki, Polşanın itkisi Rusiya üçün çətin olmayacaq: “Biz Polşanı öz tariximizdən yox, həyatımızdan siləcəyik. Bu, onun elitası üçün ayrıca bir cəza olacaq” – yazıda qeyd olunur./konkret.az