S-500 “Prometey” zenit-raket kompleksləri NATO aviasiyasına təhlükə yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın Military Watch jurnalı məlumat yayıb.
“Çox uzun diapazonuna görə sistem ciddi təhlükə yaradır”, – məqalədə qeyd olunur.
Nəşrin müəllifləri diqqəti Rusiya Silahlı Qüvvələrinin NATO-nun tanker təyyarələri və havadan erkən xəbərdarlıq təyyarələri üçün təhlükəli olan S-500 sistemləri ilə təchiz edilmiş ilk alayını artıq formalaşdırmasına yönəldiblər.
Jurnal vurğulayır ki, yeni rus kompleksi təkcə qitələrarası ballistik raketlərə deyil, həm də kosmik gəmilərə və peyklərə qarşı dura bilər.
“Bu imkanların yüksək mobillik səviyyəsi ilə birləşməsi sistemi dünya miqyasında tamamilə unikal edir”, – məqalə müəllifləri əlavə ediblər.