Rusiyanın Samara şəhərində yol qəzasında üçü azyaşlı olmaqla dörd nəfər ölübbackend

Rusiyanın Samara şəhərində yol qəzasında üçü azyaşlı olmaqla dörd nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Samara şəhərində minik avtomobilinin avtobusa çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə eyniadlı vilayətin İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, iyunun 9-na keçən gecə “Volkswagen Polo”nun sürücüsü idarəetməni itirərək avtomobilini dayanmış “Higer” markalı avtobusa çırpıb.

“9 iyun 2024-cü il tarixində, saat 4 radələrində (Bakı vaxtı ilə üst-üstə düşür – red.) Samaranın Krasnoqlinski rayonunda icarəyə götürülmüş avtomobilin sürücüsü gecəlik dayanmış avtobusa çırpılmaya yol açıb. Yol-nəqliyyat hadisəsi sonucunda üçü avtomobildəki azyaşlı sərnişin olmaqla dörd nəfər ölüb”, – regionun İstintaq Komitəsi bildirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) cinayət işi açılıb.