Rusiyanın şimal qonşusu kütləvi tətillərlə üz-üzədirbackend

Rusiyanın şimal qonşusu kütləvi tətillərlə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada işçilər maaşların artırılmasını tələb edərək tətilə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Vedomosti” Yle-yə istinadən xəbər verir.

Kütləvi tətildə Sənaye İttifaqı, Avtomobil və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı, Xidmət İşçiləri Həmkarlar İttifaqı və Finnair pilotları iştirak edir. Tərəflər razılığa gələ bilməsə, tətilin fevralın 14-dək davam edəcəyi gözlənilir. Nəticədə malların istehlakçılara çatdırılmasında xeyli gecikmələr ola bilər. Hər gün 10-15 reysin təxirə salınması riski də var.

Öz növbəsində Finlandiyanın Baş naziri Petteri Orpo ölkəni tətil dalğasına səbəb olmamağa çağırıb, çünki “bu, yaranan iqtisadi artımı dayandıra bilər”.

Bundan əvvəl Finlandiyada ötən il baş vermiş iflas dalğası barədə məlumat verilmişdi . Cəmi 11 ayda orada 2829 şirkət müflis elan edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 12,4 faiz artıb.