Rusiyanın Su-25 qırıcısı Ukrayna sərhədində qəzaya uğradı – VİDEObackend

Rusiyanın Su-25 qırıcısı Ukrayna sərhədində qəzaya uğradı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi Rusiya-Ukrayna sərhədindəki Belqorod vilayətində qəzaya uğrayıb.

NOCOMMENT xəbər verir ki, Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi Rusiya-Ukrayna sərhədindəki Belqorod vilayətində qəzaya uğrayıb.

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 model döyüş təyyarəsinin döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki hərbi bazaya qayıdarkən qəzaya uğradığı və pilotun öldüyü bildirilib.

Verilən açıqlamada təyyarənin boş əraziyə düşdüyü və hadisə yerində heç bir dağıntı olmadığı, qəzanın səbəbinin isə texniki nasazlıq olduğu bildirilib.