Rusiyanın tatınmış artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edibbackend

Rusiyanın tatınmış artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın əməkdar artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

“NOCOMMENT” APA-ya istinadən xəbər verir ki, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb.

1993-cü ildən “Taqanka Aktyorlar Ansamblı”nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni, II dərəcəli medalla təltif edilib.

O, həmçinin “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” “Ölsəm… bağışla” filmlərində rol alıb.