Kamçatkada uçqun təhlükəsi ilə əlaqədar təcili xəbərdarlıq edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Martın 28-dən 31-dək turizm bölgəsində, o cümlədən Vilyuçinski, Kozelski, Koryakski və Avaçinski vulkanlarında qar uçqunu ola bilər. Kronotski Təbiət Qoruğunda və Klyuçevskaya vulkanları qrupunda da uçqun təhlükəsi elan edilib.
Xilasedicilər turistlərə, idmançılara və ovçulara yaxın günlərdə təhlükəsizlik tədbirlərinə əməl etməyi, qar uçqunu olan yamaclara çıxmamağı tövsiyə edib.
Bundan əvvəl bir qrup rusiyalı turist uşaqları ilə Kamçatka dağ silsiləsində Vaçkajetsdə əlaqəsiz qalıb. Onlar ora qar arabası sürməyə getmişdilər.