Rusiyanın Türkiyədə maliyyələşdirdiyi AES-in DƏYƏRİ AÇIQLANIBbackend

Rusiyanın Türkiyədə maliyyələşdirdiyi AES-in DƏYƏRİ AÇIQLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin dəyəri 24-25 milyard dollardır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib.

Qeyd edək ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək.

Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir.