Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 236 040 (+510) nəfər canlı qüvvəsi, 4092 (+2) tank, 7999 (+9) ədəd zirehli döyüş maşını, 4425 (+23)ədəd artileriya sistemi, 678 (+4) reaktiv yaylım atəşi sistemi, 421 (+6) hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3752 (+26) PUA, 1271 qanadlı raket, 18 gəmi, 6995 (+17) avtomobil texnikası və avtosistern, 652 (+5) xüsusi texnikası məhv edilib.
NOCOMMENT