Rusiyanın Vaşinqtondakı səfiri işinə geri dönüb – YENİLƏNİBbackend

Rusiyanın Vaşinqtondakı səfiri işinə geri dönüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov artıq ABŞ-a yola düşüb.

NOCOMMENT.az bildirir ki, səfir “RİA Novosti” agentliyinin əməkdaşına bildirib ki, artıq bir neçə görüş planlaşdırılıb.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov Moskva Şeremetyevo hava limanından ABŞ-a yola düşür. Məlumata görə, diplomat mediaya heç bir açıqlama vermədən səfər edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 16 iyunda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra iki ölkənin səfirlərinin iş yerlərinə qayıtması ilə əlaqədar razılığa gəldiklərini açıqlamışdı.

Rusiya-Amerika münasibətləri Baydenin müsahibə zamanı Putini “qatil” hesab edib etmədiyi ilə bağlı suala müsbət cavab verməsindən sonra kəskinləşib. Bundan sonra Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvaya dəvət edilib və üç aya yaxındır ki, öz ölkəsindədir. ABŞ səfiri Con Sullivan da 22 apreldə Vaşinqtona gedib. / APA