Rusiyanın vurduğu PUA klinikaya düşdü – Xəstələr təxliyə edildibackend

Rusiyanın vurduğu PUA klinikaya düşdü – Xəstələr təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kursk vilayətində vurulan pilotsuz uçuş aparatının qalıqları klinikanın üzərinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, hadisə ilə bağlı xəsarət alan olmasa da partlayış təhlükəsi səbəbindən qonşu binadan xəstələr təxliyə edilib.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatında isə bildirilib ki, Ukrayna Silahlı Qüvvələri 47 pilotsuz uçan aparatı ilə son sutka ərzində bir neçə regiona hücum edib.

Onlardan 1-i Belqorodda, 2-si Kurskda, 3-ü Volqoqradda və 41-i Rostovda ələ keçirilib.