Rusiyanın xarici borcu ilin əvvəlindən 33 milyard dollar azalaraq iyulun 1-nə 347,7 milyard dollar olub.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada ölkənin xarici borcunun son vəziyyəti ilə bağlı məlumatlar yer alıb.
“Rusiyanın xarici borcu 2023-cü il iyulun 1-nə 347,7 milyard dollar təşkil edib ki, bu da bu ilin əvvəlindəki göstəricidən 8,7 faiz və ya 33 milyard dollar azalıb” açıqlamada qeyd olunub.
Açıqlamada azalmanın əsas səbəbinin qeyri-rezidentlərin dövlət istiqrazlarının satışından qaynaqlanan dövlət idarəçiliyi borclarının azalması olduğu bildirilib.
NOCOMMENT.AZ