Rusiyanın Xarkova hücumu nəticəsində 51 nəfər öldübackend

Rusiyanın Xarkova hücumu nəticəsində 51 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ölkəsinin Xarkov vilayətinin Qroza kəndinə Rusiyanın hücumu nəticəsində 51 nəfərin həyatını itirdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Yermak sosial media hesabından verdiyi açıqlamada rusların Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun Qroza kəndində mülki obyekti raketlərlə bombaladığını bildirib.

Hücumda biri 6 yaşlı uşaq olmaqla 51 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını qeyd edən Yermak, hadisə yerində dağıntıların çıxarılması işlərinin davam etdiyini ifadə edərək, “Ruslar dinc insanları bilərəkdən kinli şəkildə öldürən terrorçulardır”, – deyib.

Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov qeyd edib ki, Rusiya ordusu Qroza kəndində dinc əhalinin çox olduğu kafe və mağazanı bombalayıb.