Rusiya silahlı qüvvələrinin Xarkov vilayətində yerləşən qərargahı məhv edilib.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.
Bildirilib ki, əks-hücum əməliyyatı nəticəsində Rusiyaya məxsus onlarla hərbi texnika və ağır artilleriya sistemi sıradan çıxarılıb.