Rusiyanın XİN başçısı: Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidirlərbackend

Rusiyanın XİN başçısı: Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”.

NOCOMMENT xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: “Yeni müharibə – yeni ərazilər”. Sözlə material gücə çevrilir. Bu sözlər neqativ material gücə çevriliblər”, – deyə XİN başçısı vurğulayıb.

Bildirək ki, Lavrov Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutub.