Rusiyanın xüsusi təyinatlı briqada komandiri öldürüldübackend

Rusiyanın xüsusi təyinatlı briqada komandiri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qarşı müharibədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 14-cü ayrı-ayrı xüsusi təyinatlı briqadasına komandirlik edən rusiyalı polkovnik Sergey Polyakov öldürülüb. 

NOCOMMENT “Unikal”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib.

Polyakovun döyüş tapşırığını yerinə yetirərkən məhv edildiyi deyilir.

Qeyd edək ki, 14-cü xüsusi təyinatlı briqada Xabarovsk vilayətində yerləşir. Onlar rus ordusunda xüsusi elit qüvvələr hesab edilir, Baş Kəşfiyyat İdarəsinə tabedir.