Rusiyasız dünya bizə lazım deyil – Medvedevbackend

Rusiyasız dünya bizə lazım deyil – Medvedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Ukraynaya silah tədarükü qlobal nüvə fəlakəti təhlükəsi yaradır”.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedev deyib.

Medvedev vurğulayıb ki, Rusiyanın mövcudluğu məsələsi mövzu olarsa və sual altına düşərsə, o zaman bu, bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə yanaşı həll olunacaq: “Rusiyasız dünya bizə lazım deyil. Əmin edirəm ki, Rusiya buna imkan verməyəcək.

Məqsədlərinin açıq-aydın total fiaskoya gətirib çıxaracağını dərk etmək istəməyən düşmənlərimiz Kiyevdəki neofaşist rejimini silahla təmin edir və danışıqların bərpası ehtimalının qarşısını alır. Hər kəs məğlub olacaq”, – deyə Medvedev bildirib.