Rusiyaya daha bir zərbə: Odla oynama – Moskva xəbərdarlıq etdibackend

Rusiyaya daha bir zərbə: Odla oynama – Moskva xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya qarşı sanksiyalar tətbiq edən ABŞ hələ də kimyəvi silahları məhv etməməsinə baxmayaraq, özünü kimyəvi silahlara qarşı döyüşçü kimi təqdim edir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ABŞ guya qeyri-qanuni davranışlarına görə Rusiyaya cavab verdiklərini iddia edir.

Zaxarova Amerikanı “baş verənlərin absurdluğu”na diqqət yetirməyə çağırıb: “Rusiyanın bir neçə il əvvəl kimyəvi silahları məhv edərək öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, ABŞ kimyəvi silahlara qarşı döyüşçü rolunu öz üzərinə götürüb. ABŞ öhdəliklərini yerinə yetirməyib və kimyəvi silahlara sahib çıxmağa davam edir”.

Dünən Vaşinqton Brüsseldən sonra müxalifət lideri Aleksey Navalnının həbsinə görə Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Siyahıda bioloji və kimyəvi silah istehsalında iştirak edən 14 təşkilat və yeddi dövlət rəsmisinin adı yer alıb.

Moskva bunu “düşmənin Rusiyaya qarşı hücumu” adlandırdı və Vaşinqtonu “odla oynamamağa” çağırıb.