Rusiyaya gedənlərlə bağlı yeni qərar – Peskov açıqladıbackend

Rusiyaya gedənlərlə bağlı yeni qərar – Peskov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Miqrantların Rusiyaya girişinin sadələşdirilməsi hökumət tərəfindən aktiv şəkildə müzakirə edilir. Bu məsələ təkcə aqrosənaye kompleksi üçün deyil, inşaat sənayesi üçün də aktualdır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

”Bilirsiniz ki, bu məsələ kifayət qədər işçinin olmadığı inşaat sənayesi üçün də qaldırılıb. Buna görə də, bəli, bu, indi hökumət tərəfindən fəal şəkildə müzakirə olunan bir mövzudur”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, fevralın 2-də Rusiyaya vizasız daxil olan əmək miqrantları üçün məcburi biometrik məlumatların təqdim edilməsi və tibbi müayinədən keçməsi ilə bağlı Dövlət Dumasına bir qanun layihəsi təqdim edilib.

Qanun layihəsinə görə, bir sıra xarici ölkələrin vətəndaşları barmaq izi qeydiyyatı və tibbi müayinədən keçmədən uzun müddət Rusiya Federasiyası ərazisində qala bilər.

Bu qərarın əsasən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin vətəndaşlarına şamil ediləcəyi bildirilib.