Rusiyaya imkan verə bilmərik – Makronbackend

Rusiyaya imkan verə bilmərik – Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik”.

NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Fransa prezidenti Emmanuel Makron deyib. O, Kiyevə 40 Skalp raketi göndərəcəklərini açıqlayıb.

Planların Ukraynaya daha çox uzaqmənzilli qanadlı raketlər və bombalar çatdırmaq olduğunu söyləyən prezident fevralda bu ölkəyə gedəcəyini də bildirib:

“Biz yeni tədarüklər həyata keçirəcəyik – ukraynalı dostlarımızın gözlədiyi təxminən 40 Skalp raketi və bir neçə yüz bomba. Həmçinin Ukraynalı tərəfdaşlarımıza gözlənilən və çox ehtiyac duyulan Sezar yük maşınları daxil olmaqla, daha çox avadanlıq təmin etmək üçün istehsalı artırdıq. Beləliklə, biz Ukraynaya təlim baxımından ehtiyaclarını ödəməyə, cəbhə xəttini tutmağa və hava məkanını müdafiə etməyə yeni müqavilələrlə kömək edəcəyik. Fevralda isə özüm Ukraynaya gedəcəm”.