Rusiyaya məlumat sızdıran italyan zabit azadlıqdan məhrum edildibackend

Rusiyaya məlumat sızdıran italyan zabit azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə İtaliyada bəzi məxfi sənədləri Rusiya səlahiyyətlilərinə sızdırarkən cinayət başında yaxalanan italyan zabit Valter Biot 30 il həbs cəzasına məhkum edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Biotun vəkili Roberto De Vito müvəkkilinin özünü müdafiə etmək imkanının olmadığını və qeyri-adi məhkəmə prosesinə məruz qaldığını və buna görə də mübarizələrinin davam edəcəyini bildirib.

İttiham tərəfi isə Biotun sızdırdığı 19 sənəd arasında bəzilərinin NATO ilə bağlı son dərəcə məxfi sənədlərin və digər mühüm məlumatların olduğunu əsas gətirərək Biota ömürlük həbs cəzası istəyib.

NOCOMMENT.AZ