Rusiyaya məxsus yük gəmisi Çanaqqala boğazında qəzaya uğrayıbbackend

Rusiyaya məxsus yük gəmisi Çanaqqala boğazında qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çanaqqala boğazında Rusiyaya məxsus yük gəmisi qəzaya uğrayıb və problemlər üzündən yedəyə alınaraq yanalma limanına aparılıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

“Mersindən Rusiyaya gedən 119 metr uzunluğunda “SORMOVSKIY 3063” yükdaşıyıcısının Qarakova kəndi yaxınlığında Çanaqqala boğazında mühərrikində nasazlıq yaranıb”, – deyə idarədən bildirilib.

Daha əvvəl Çanaqqala Boğazında Yunanıstandan Rusiyaya gedən Sea Marine 1 tankerinin mühərrikində nasazlıq yaranmışdı. Çanaqqala 1915 körpüsü yaxınlığında 180 metrlik boş tanker xarab olub. Qəzadan sonra gəmi yedəyə alınaraq Şövkətiyyə bölgəsindəki lövbərə aparılıb.