Rusiyaya pomidor ixrac edən sahibkarların sayı artırbackend

Rusiyaya pomidor ixrac edən sahibkarların sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə sabahdan Azərbaycanın daha 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “AGRO AZ”, “ABSHERON AGRO 2020”, “Ecofood” ,“A-K Qrup”, “Qızılnour” şirkətləri, eləcə də fərdi sahibkarlar Taleh Eyvazov və Göyçə Süleymanovadır.

report