Rusiyaya qarşı 12-ci sanksiyalar paketi yekunlaşdırılırbackend

Rusiyaya qarşı 12-ci sanksiyalar paketi yekunlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin bu il dekabrın 11-də baş tutacaq sonuncu iclasında Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbul ediləcəyinə ümid etdiyini bildirib. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, hazırda yeni sanksiyalar paketi yekunlaşdırılır.

“Aİ ölkələrinin daimi nümayəndələri detalları müzakirə edirlər. Ümid edirəm ki, o, tezliklə təsdiqlənəcək və biz onu dekabrda (təsdiq üçün) Aİ Şurasının iclasında təqdim edə biləcəyik”, – Borrell bildirib.

Noyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini beynəlxalq hüququn pozulması adlandırıb və bunun cavabsız qalmayacağını bildirib.