Rusiyaya qarşı koalisiya qurulurbackend

Rusiyaya qarşı koalisiya qurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
5 nəhəng dövlət Ukraynanın haqq işini müdafiə edir
Dünyanın 5 nəhəng dövləti – ABŞ, Britaniya, Almaniya, Fransa və İtaliya açıqlama yayıb. Onlar Rusiyanı Ukrayna ilə bağlı deskalasiyaya çağırıb. Bu məlumatı beş ölkənin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, diplomatlar Ukraynanın Rusiya provokasiyaları qarşısında səbr göstərməsini təqdir ediblər. Onlar, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiklərini bildiriblər.
NOCOMMENT.az -ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiyaya qarşı beş dövlətin birgə çıxış etməsi və Ukraynanı dəstəkləməsini ABŞ-ın Rusiyaya qarşı formalaşdırdığı bir siyasi koalisiya kimi də xarakterizə etmək olar:
“Amma burada Almaniya və Fransanın Rusiya ilə əməkdaşlığı var. Onlar Ukraynanı hərbi gücdən istifadə etməyə çağırır. Çünki bu koalisiya içində iki ölkə Rusiya ilə kəskin münasibətlərin əleyhinədir”.
Politoloq hesab edir ki, ABŞ və İngiltərə burada əsas real addımlar ata bilər:
“Təbii ki, bu, vəziyyəti gərginləşdirir. Düşünürəm ki, real döyüşün baş verməsi istənilən vaxt mümkün ola bilər. Bundan əlavə, diplomatik kanallar vasitəsilə də danışıqlar aparılır.
Amma Rusiya mövqeyindən çəkilməsə, Ukraynaya qarşı güc tətbiq edəcəyi təqdirdə ona qarşı hərbi koalisiya formalaşa bilər.
Bu da ümumi geosiyasi şərtlərin kəskinləşməsinə gətirə bilər”.