Rusiyaya qarşı sanksiyalar nəticə vermədi – Ərdoğanın sözçüsübackend

Rusiyaya qarşı sanksiyalar nəticə vermədi – Ərdoğanın sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsiz qaldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində deyib.

O, vurğulayıb ki, Türkiyə münaqişə tərəflərinə bərabər mövqedən yanaşır.

Kalının sözlərinə görə, Ankara Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyanın özündən çox Türkiyə iqtisadiyyatına ziyan vuracaq.

“Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlər effektli olmayıb. Onlar nə Rusiyanın hərəkətlərini dəyişdirdilər, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdilər”, – deyə Kalın qeyd edib.

modern