Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də mənfi təsir göstərir – İqtisadçıbackend

Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də mənfi təsir göstərir – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə ticarət təhdidlər və sanksiyalar səbəbindən türk şirkətləri üçün kabusa çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəb Erçin deyib.

O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar Türkiyəyə də mənfi təsir göstərir.

“Rusiyaya ixrac qida məhsulları istisna olmaqla, demək olar ki, bütün digər sənayelərdə kabusa çevrilir”, – deyə o vurğulayıb.

Müşahidəçi vurğulayıb ki, türk tacirləri bank hesablarının dondurulması və Qərb rəsmilərinin təhdidləri də daxil olmaqla bir çox problemlərlə üzləşirlər.

Bunun nəticəsi Rusiyaya ixracın azalmasıdır. O, Türkiyə İxracatçılar Məclisinin məlumatlarına istinad edərək bildirib ki, 2024-cü ilin ilk yarısında Türkiyə ixracatı iki dəfə azalıb.