“Rusiyaya qarşı sanksiyalar yalnız narahatlıq yaradacaq” – ABŞ sabiq rəsmisibackend

“Rusiyaya qarşı sanksiyalar yalnız narahatlıq yaradacaq” – ABŞ sabiq rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni sanksiyaların Rusiyaya ciddi təsir göstərəcəyi ehtimal olunmur, çünki Moskvanın Çin və Hindistanla ticarət əlaqələri mövcuddur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti-yə ABŞ Maliyyə Nazirliyinin beynəlxalq ticarət və investisiya siyasəti üzrə sabiq köməkçi müavini Qeri Hafbauer bildirib.

“Mən uzun müddətdir ki, iqtisadi sanksiyaların Rusiya kimi qlobal gücü cilovlaya və ya prezident Vladimir Putini kursunu dəyişməyə məcbur edə biləcəyinə skeptik yanaşıram”, – deyə o vurğulayıb.

Hafbauerin fikrincə, yeni anti-Rusiya sanksiyaları Moskva üçün yalnız “narahatlıq” yaradacaq, lakin onun Ukraynadakı fəaliyyətini dəyişməyəcək.