Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına təzyiq edilir? – VİDEObackend

Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına təzyiq edilir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə bir neçə Azərbaycan vətəndaşının Rusiyanın Jukovski hava limanında saxlanıldığına dair görüntülər yayılıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 3 Azərbaycan vətəndaşı Jukovski hava limanında heç bir əsas gətirilmədən bağlı qapılar arxasında, kamera nəzarəti altında saxlanılır.

Onlar 3 gündür ki, ac-susuz saxlanıldıqlarını iddia edirlər və Azərbaycan rəhbərliyindən yardım istəyirlər.

Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirildi ki, məsələ səfirliyinin nəzarətindədir və hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər. Ona görə də bu problemlərlə qarşılaşırlar. Həmçinin hava limanında saxlanılanların ən geci 1 həftəyə ölkəyə qaytarılacağı da qeyd olunub.

4 gün öncə Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından biri də Nahid Əliyevdir.

O deyir ki, Rusiyaya son səfərində polis tərəfindən ciddi təzyiqlərə məruz qalıb və səbəbsiz yerə Rusiyadan deportasiya olunub.

Müsahibimizin sözlərinə görə, rus polislər onun telefonuna icazəsiz daxil olaraq izlədiyi səhifələrə baxıblar. Türkiyəyə aid səhifələri izlədiyini gördükdə isə ona “Niyə izləyirsən” sualını veriblər. Telefonunu geri istəyəndə isə onu zirzəmiyə salıblar.

Nahid Əliyev 1 gün nəzarətdə qaldıqdan sonra təyyarə ilə Bakıya qayıdanda öyrənib ki, Rusiyadan 50 illik deportasiya olunub. Deyir ki, o tək deyil. Onunla yanaşı Rusiyaya daxil olmağa çalışan bir çox azərbaycanlı səbəbsiz yerə təzyiqlərə məruz qalır və ölkəyə girişinə qadağa qoyulur.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşdikdən sonra Rusiyada Azərbaycan vətəndaşlarına qarşı əvvəllər heç vaxt göstərilməyən münasibət sərgilənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.