Rusiyaya şok zərbə: Daha bir ölkə onlara qarşı hərəkətə keçdibackend

Rusiyaya şok zərbə: Daha bir ölkə onlara qarşı hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ başda olmaqla Qərb dünyası ilə Rusiya arasında artmaqda davam edən Ukrayna gərginliyi Finlandiyanın narahatlığına səbəb olub.

NOCOMMENT teleqraf-a istinadən xatırladır ki, Rusiya ilə 1340 kilometr sərhədi olan Finlandiya son 73 ildə hərbi baxımdan müstəqil hərəkət edib, hər hansı bir ittifaqa daxil olmayıb.

Finlandiya Baş naziri Sanna Marin son açıqlamasında bildirib ki, ölkəsi NATO hərbi ittifaqına daxil olmaq qərarını verməkdə müstəqil olmalıdır.

Onun sözlərinə görə, Finlandiya sərhədləri yaxınlarında istənməyən və təhlükəli hallar yaşanır: “Təhlükəsizliyimizi təhdid edə biləcək halları diqqətə alaraq Finlandiya NATO üzvü olmaq haqqını müstəqil saxlayır. Süveren və müstəqil ölkə olan Finlandiya kiminlə ittifaq quracağı qərarını özü verəcək”.

Məlumat üçün qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra sovet ittifaqı ilə Finlandiya arasında imzalanmış dostluq və əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Helsinki indiyə qədər Moskvanı qəzəbləndirəcək hər hansı davranışdan ehtiyatla çəkinib. Finlandiya 1949-cu ildə NATO yaradılarkən özünü Qərbin bir hissəsi kimi görsə də, sovetlərə qarşı hərbi ittifaqa qoşulmamağa üstünlük verdi. Finlandiya 1995-ci ildə Avropa İttifaqının üzv olub.

Finlandiyada NATO-ya daxil olmaq polemikası Rusiyanın 2014-cü ildə Krımı Ukraynadan ayırmasından sonra kəskin artıb.

İndi Finlandiya baş nazirinin NATO-ya üzvü ola bləcəyinə dair mesajı 2022-ci ildə Rusiya üçün əsl şok hesab oluna bilər.