Rusiyaya uçan şəxsi təyyarə Finlandiyada saxlanılıbbackend

Rusiyaya uçan şəxsi təyyarə Finlandiyada saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada qeydiyyatda olan “Beechcraft” təyyarəsi Rusiyaya gedərkən Helsinki hava limanında saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litvanın LRT radio şirkəti məlumat yayıb.

Yeni alıcıya təhvil verilən təyyarənin pilotu Litva vətəndaşı Robertas Petkus olub.

Təyyarənin Vilnüsdə satışına kömək edən Litva Nəqliyyat Səlahiyyətləri Agentliyinin uçuşlara nəzarət departamentinin rəhbərinin müşaviri Ritis Dulinskas bildirib ki, Beechcraft-ı Latviya vətəndaşı Roberts Klimoviç alıb.

Həbs zamanı göyərtədə olan Klimoviç özü də aydınlaşdırıb ki, təyyarəni onun Latviyadakı qohumları alıb və o, vasitəçi olub.

“Mən təyyarəni Rusiyada satmaq üçün Qazaxıstana uçmamışam. Mən aviasiya həvəskarıyam… Qazaxıstanda baza yaratmaq imkanı axtarıram. Uçuş da bu planlarla bağlı idi”, – deyə o vurğulayıb.

O, həmçinin Finlandiya gömrükçülərinin hərəkətlərini qanunsuz adlandıraraq şikayət edib.