Rusiyaya xidmət edən ukraynalılar saxlanıldıbackend

Rusiyaya xidmət edən ukraynalılar saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Xersonun işğalı zamanı fəaliyyət göstərən Rusiya zindanının dörd keçmiş rəhbərini saxlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, azad edilmiş Xersonda stabilləşdirmə tədbirləri zamanı 4 xain əməkdaş ifşa edilib:

“Saxlanılanlar arasında şəhərin müvəqqəti işğalı zamanı rus işğalçılarına dəstək verən yerli cəzaçəkmə müəssisəsinin keçmiş rəis müavini də var. Bu cəzaçəkmə müəssisəsi ələ keçirildikdən sonra o, könüllü olaraq düşmənlə əməkdaşlığa razılıq verib və işğalçıların yaratdığı “Xerson vilayəti üzrə penitensiar xidmət idarəsi”nin rəhbərliyinə qoşulmağa razılaşıb”.