Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi – FOTObackend

Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi müəyyənləşib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.İbrahimoğlu Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İdman” telekanalında redaktor vəzifəsində çalışır.

O, “Zirə” klubunun futbolçusu Ruslan Abışovun böyük qardaşıdır. Sərxan İbrahimoğlu minifutbol komandası ilə birgə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatı üçün ezam olunan yeganə jurnalist olub.