Ruslan Əliyev də partlayış baş verən əraziyə getdibackend

Ruslan Əliyev də partlayış baş verən əraziyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev də partlayış baş verən əraziyə gedib.

NOCOMMENT.az xəbər verir ki, R.Əliyev əraziyə baxış keçirib, müvafiq tapşırıqlar verib.

Hadisə ilə bağlı danışan Birlik rəhbəri yeni ilin belə hadisə ilə başladığına təəssüf edib. O qeyd edib ki, hazırda binanın qaz təminatı tam dayandırılıb.

“Təhlükəsizlik qaydalarına tam əməl edildikdən, bütün kəmərlər yoxlandıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq qazın verilişi bərpa olunacaq. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Nəinki həmin mənzilə, həm də digər mənzillərə zərər dəydiyindən qaz sızması ehtimalı böyükdür. Əlavə olaraq 3 mənzilə, həmçinin lift şaxtasına ziyan dəyib”, – R.Əliyev deyib.

Qeyd dək ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.