Rusiyanın Ukraynadakı itkilərinin sayı artır. Bu günə qədər itirilən canlı qüvvələrinin sayı 322,900 nəfərə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “facebook” səhifəsində məlumat yayıb.
24.02.22-dən 23.11.23-dək düşmənin ümumi döyüş itkiləri təxminən:
- şəxsi heyət – təxminən 322,900 (+1,100) nəfər ləğv edildi;
- tanklar – 5496 (+30) ədəd;
- zirehli döyüş maşınları – 10 256 (+32) ədəd;
- artilleriya sistemləri – 7833 (+31) ədəd;
- RSZV – 904 (+2) ədəd;
- hava hücumundan müdafiə vasitələri – 595 (+4) ədəd;
- təyyarə – 323 ədəd;
- helikopterlər – 324 ədəd;
- əməliyyat-taktiki səviyyəli PUA-lar – 5800 (+1) ədəd;
- qanadlı raketlər – 1564 ədəd;
- gəmilər/qayıqlar – 22 ədəd;
- sualtı qayıqlar – 1 ədəd;
- avtomobil avadanlığı və sisternlər – 10 230 (+32) ədəd;
- xüsusi texnika – 1108 (+1) ədəd.