Rusiyanın Krivı Roqa raket hücumu edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dnepropetrovsk OVA-nın rəhbəri Serhi Lısak bildirib.
Onun sözlərinə görə, faciə nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Eyni zamanda daha 64 nəfər yaralanıb.
“Yaralıların əksəriyyəti evdə müalicə olunacaq. Lakin 20-dən çoxu xəstəxanalarda qalıb”, – Lısak bildirib.
Xatırladaq ki, iyulun 31-də rus işğalçıları hava hücumu zamanı Dnepropetrovsk vilayətində Krivoy Roğa zərbələr endiriblər. Rus işğalçıları şəhərə iki raket atıb, onlardan biri yaşayış binasına, digəri isə təhsil müəssisəsinə düşüb.