Ruslar Ukraynadan 230 mindən çox uşaq oğurlayıbbackend

Ruslar Ukraynadan 230 mindən çox uşaq oğurlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır. İşğalçıların məqsədi təkcə Ukraynanı tutmaq deyil, həm də Ukrayna millətini məhv etməkdir. Ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornikin bəyanatında deyilir.

Onun sözlərinə görə, Rusiya Ukraynanı gənc nəsildən məhrum etməyə çalışır.

“Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir”, – Dvornik bildirib.

O əlavə edib ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib.

Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.

“Bizim heç bir şübhəmiz yoxdur ki, Rusiyanın hərbi strategiyalarında bu qaçqın böhranı müharibənin uğurlu nəticələrindən biri kimi nəzərdə tutulub. Eləcə də ərzaq böhranı”, – Ukrayna nümayənsədi BMT-də bildirib.

Dvornik həmçinin Rusiyanın nasist tipli hərbi strategiyasının bir hissəsi olaraq mülki insanları hədəf aldığını bəyan edib.

Son hesablamalara görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində azı 671 uşaq xəsarət alıb. Onlardan 238-i uşaq dünyasını dəyişib. 433-dən çox yaralı var.