Bu gün səhər saatlarında rus işğalçıları Ukraynanın İvano-Frankivsk vilayəti ərazisinə raket hücumu həyata keçiriblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İvano-Frankivsk OVA-nın rəhbəri Svetlana Onişuk məlumat verib .
“Bu gün səhər saatlarında düşmən Prikarpatyaya raket zərbəsi endirib. Mülki obyektə zərbə endirilib. Zərərçəkənlər var, o cümlədən ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq. Həkimlər mümkün olan hər şeyi ediblər, lakin təəssüf ki, onlar uşağın həyatını xilas edə bilmədi. Ailələrinə başsağlığı diləyirəm”, – o deyib.
Baş Prokurorluğun məlumatına görə, bu gün səhər saat 10 radələrində Rusiya hərbçiləri İvano-Frankovsk vilayətinin infrastrukturunu aeroballistik raketlərlə atəşə tutublar .