Ruslar Xerson vilayətində dinc yaşayış məntəqələrini yandırmaqda davam edir.
NOCOMMENT.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson OVA-nın rəhbəri Aleksandr Prokudin bildirib .
Məlumata görə, atışma nəticəsində 5 nəfər mülki şəxs yaralanıb.
Qeyd edək ki, Xerson 2022-ci ilin noyabr ayında rusların işğalından azad edilib.
Bundan sonra Rusiya hərbçiləri regionun Ukraynanın nəzarətində olan hissəsinə mütəmadi olaraq artilleriya və digər silahlardan zərbələr endirir.
NOCOMMENT