Rusları “Moskva”dan kimlər xilas edib?backend

Rusları “Moskva”dan kimlər xilas edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın iki gün öncə Qara dənizdə vurduğu “Moskva” kreyserindən 54 nəfəri Türkiyə gəmisi xilas edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas Tvitter səhifəsində paylaşıb.

“Gecə saat 02:00-da Türkiyə gəmisi kreyserdən 54 nəfəri xilas etdi və saat 03:00 radələrində Türkiyə və Rumıniya gəminin tamamən batdığını bildirdi.

Gəmidə 485 nəfərlik şəxsi heyət var idi. Ölənlərin sayı bəlli deyil”, – deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya MN kreyserin vurulduqdan bir gün sonra yedəklənmə zamanı batdığını açıqlamışdı.