NOCOMMENT.az xəbər verir ki, 2022-ci ilin fevral ayından etibarən İsveçrədə rusların 8,8 milyard dollarlıq şəxsi maliyyə aktivləri bloklanıb. Bu barədə Reuters agentliyi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) analitiklərinin statistik məlumatlarına istinadən məlumat yayıb.
Bloklama Rusiyaya qarşı sanksiya rejiminə əməl olunmasının bir hissəsi kimi tətbiq edilib. Bu zaman söhbət dondurulmuş aktivlərin ilkin qiymətləndirilməsindən gedir.Eyni zamanda, 2022-ci ilin dekabr ayından etibarən bloklanmış aktivlərin həcmi 0,4 milyard dollar artıb.
Ötən ilin sonunda İsveçrədə dondurulmuş Rusiya vəsaitlərinin ümumi həcmi 8,4 milyard qiymətləndirilib.