Rusların Azərbaycana axını GÖZLƏNİLİR – Uçuşlar bərpa olunacaqbackend

Rusların Azərbaycana axını GÖZLƏNİLİR – Uçuşlar bərpa olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın quru sərhədləri bağlı qalsa da, ayrı-ayrı ölkələrlə hava nəqliyyatına qoyulan məhdudiyyətlər tədricən aradan qaldırılır. Bundan başqa, aprelin 15-dən ölkəyə daxil olan şəxslərdən PCR testinin nəticəsi tələb olunmayacaq. Növbəti mərhələdə isə quru sərhədlərin açılacağı ehtimal edilir.

Ekspertlərin fikrincə, PCR test tələbinin ləğvi Azərbaycana gələnlərin sayında artıma səbəb olacaq. Xüsusilə Rusiyadan ölkəmizə səfər edənlərin sayının artacağı gözlənilir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, qarşıdan gələn may bayramları üçün xaricə uçmaq istəyən rusların sayı ötən illə müqayisədə dörd dəfə artıb. Rusların ən çox səyahət edəcəkləri yerlər siyahısında Türkiyə, Özbəkistan və Azərbaycan da var.

Bundan başqa ilk 10-luğa Qırğızıstan, Ermənistan, Belarus, Qazaxıstan, İsrail, Gürcüstan və Yunanıstan daxildir. Ehtimal olunur ki, Moskvadan Bakıya birbaşa uçuşlar may ayından etibarən bərpa oluna bilər.

Məlumata görə, Rusiyada biletlərin qiyməti may ayında bir gediş üçün 28 min rubldan başlayacaq.

Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin bildirib ki, may ayında Azərbaycana gələn rus turistlərin sayı xeyli artacaq: “Pandemiya məhdudiyyətləri rusiyalı turistlərin və iş adamlarının Azərbaycana gəlişinə təsir edirdi. Azərbaycana səfər etmək istəyənlər test verməli idilər. Şəxsən mən bunu etmişəm. Ancaq dəyişikliklərdən sonra mütləq turistlərin sayı artacaq. Təbii ki, bura Avropa ilə sərhədlərin bağlanması da təsir edəcək”.

Anton Bredixin hesab edir ki, Rusiya və Azərbaycan arasında aviareyslər tezliklər bərpa olunacaq: “Hava əlaqələrini bərpa etməyin vaxtıdır. Rusiyanın cənubunda hava limanlarının açılması ilə yanaşı, Azərbaycana da uçuşlar başlamalıdır”.

Ekspertin fikrincə, Rusiyadan Azərbaycana uçuşlar mayda başlaya bilər.

Xatırladaq ki, bu il martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıb.