Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da varbackend

Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Levada Mərkəzi ölkə vətəndaşları arasında sorğu keçirib.

NOCOMMENT.az xəbər verir ki, sorğuda yerli vətəndaşlar dost və düşmən hesab etdikləri ölkələrin adını çəkiblər.

Respondentlərin 58%-i Belarusu, 40%-i Çini, 35%-i Qazaxıstanı və 17%-i Ermənistanı dost ölkələr sırasına daxil edib.

Maraqlıdır ki, rəyi soruşulanlar arasında Azərbaycana dost deyən rusların sayı 13% olub. Dost ölkələr sırasına Hindistan (13%), Almaniya (10%), Ukrayna (4%) də daxil olub.

Rusların düşmən kimi baxdığı ölkələr sırasına ABŞ (60%), Ukrayna (35%), Böyük Britaniya (29%), Latviya (26%), Litva (26%), Polşa (25%), Gürcüstan (16%) və Almaniya (15%) daxil olub.
Modern.az